19 Yanvar 2021 21:05

Sürücü onu saxlayan polislərdən maraqlı qisas aldı – VİDEO

Çəkilən kadrlarda polis maşınının geri çəkildiyi görünür

Moskvada “KamAZ” sürücüsü onu saxlamış yol polislərindən maraqlı qisas alıb.

Yol müfəttişləri qumla dolu yük maşınını artıq yüklənməyə görə yoxlamaq qərarına gəliblər. Yoxlamadan sonra sürücüyə cərimə kəsiləcəyi bildirilib. Sürücü isə cavabında öz maşınına əyləşərək kuzovu qaldırıb və qumu yol polisi avtomobilinin üzərinə töküb. 

Çəkilən kadrlarda polis maşınının geri çəkildiyi görünür.

/sputnik.az/

Paylaş: