19 Yanvar 2021 22:46

Sumqayıtda Zirəddin Qafarlının “Yaşamağa gəlmişdim” kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S. Vurğun adına Mərkəzi Kitabxanın  birgə təşkilatçılığı ilə kitabxanada  isdtedadlı şair Zirəddin Qafarlının yenicə çapdan çıxan “Yaşamağa gəlmişdim” adlı şeirlər kitabının təqdimatı keçirilib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayıb,  Zirəddin Qafarlı haqqında ətraflı məlumat verib  və yaradıcılığı haqqında danışıb.

Kitabın redaktoru Ramiz Hümbətov burda toplanan şerlərin məziyyətlərindən söz açıb.

Şairin dostları Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu,Vafiq Yusifli, Namiq Məna, İbarhim İlyaslı, Elvin Əlizadə, Rəfiqə Şəms, Ehtiram İlham, Eyruz Məmmədov, Məryəm Aslanqızı, Qənirə Mehdixanlı, Mehdi Cəlal, Nisə Qədirova, Nailə Əmiraslanqızı, Xatirə Fərəcli, Elbrus Qayalı, Lilpar Cəmşidqızı, Nəriman Nərimanlı, Darvin Hüseynov, Rasim Zeynalov, Razim Məmmədov, Razim Hüseynov, Qüdrət Məmmədov, Fərhad Məhərrəmov  təbriklərini söyləyib, yaradıcılıq uğurları arzulayıblar.

Zirəddin Qafarlının Aşıq İlham Astanbəyli və  Elməddin Tovuzlunun  saz  ifaları üstündə oxuduğu şeirləri məclisə bir ayrı ovqat bəxş edib.    

S.Vurğun adına Mərkəzi kitabxananın müdiri Yeganə Əhmədova tədbir işritakçılarına   təşəkkürünü bildirib,  belə tədbirlərin əhəmiyyətindən danışıb.

Sonda Zirəddin Qafarlı öxucuların ona ünvanladığı çoxsaylı sualları cavablandırıb,  yeni şeirlərini oxuyub.

Paylaş: