19 Yanvar 2021 16:02

Ucuz qiymətə aviabilet necə almaq olar? – VİDEO

Avibilet almaq istəyənlər və bununla bağlı planları olanlar bu xəbərimizi diqqətlə izləsin.

 Çünki növbəti sujetdə sizə aviabileti daha ucuz qiymətə almağın yollarından danışacağıq. Səfərini əvvəlcədən planlaşdıranlar və bəzi nüanslara diqqət edənlər xərclərinə təxminən 30 % qənaət edə bilərlər.

Turkustan.info Unikal.org-a istinadən məlumat verir ki, eyni təyyarədə uçursan amma bileti yanında oturandan 30-35 % daha ucuz qiymətə alırsan. Bunu etməyin isə bir neçə üsulu var.

Beləki aviaşirkətlərin marketinq siyasətinə əsasən biletlər satıldıqca qiymətdə yüksəlir. Ona görədə səfər edəcək şəxs nə qədər tez bilət alsa o qədər az pul xərcləmiş olur.

Əgər şəxs səfər edəcək tarixi qeyri-istirahət günlərinə salarsa bu üsulla da puluna qənaət edə bilər. Məsələn istirahət günlərindən əvvəl satılan biletlər daha baha olur.

Bundan başqa səfər edəcək şəxslər tez-tez online avibilet satan saytlara da özü nəzarət edə və aviakassa və ya turizm şirkətlərinə müraciət edərək bileti əldə edə bilər. Bundan başqa avişirkətlər tez-tez endirəm aksiyalarıda təqdim edir ki, bunlardan da müxtəlif vaxtlarda yararlanmaq mümkündür.

Paylaş: