17 Yanvar 2021 09:27

Ukrayna ordusu tam döyüş hazırlığına gətirildi – Təcili

Ukrayna ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Turkustan.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu hazırlıq Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət elan edilməsi barədə qərarına əsaslanıb.

Ukrayna Təhlükəsizlik Xidməti də tam döyüş hazırlığına keçib.

“Rusiya xüsusi xidmət orqanlarının Ukrayna ərazisində digər provokasiya və destabilizasiya cəhdlərinin qarşısını almaq üçün əks-kəşfiyyat tədbirləri gücləndirilib”, – məlumatda deyilir.  /Axar.az/

Paylaş: