16 Yanvar 2021 01:34

Trampın telefon zəngi neft bazarını çökdürdü

ABŞ prezidenti Donald Tramp” The Washington Post”a müsahibəsində deyib ki, neft qiymətlərinin aşağı düşməsi üçün Səudiyyə Ərəbistanı ilə xüsusi danışıqlar aparıb. 

Turkustan.info xəbər verir ki, o, neft qiymətlərinin qəflətən ucuzlaşmasının Ər-Riyadla sərt telefon danışıqları nəticəsində mümkün olduğunu bildirib. 

“Qiymətlər 82 dollara çatdı və 100 dollaradək artmalı idi. Bu, vergi rüsumlarının kütləvi şəkildə artırılmasına oxşayırdı. Bunu istəmirdim. Söhbət zamanı neft hasilatının artırılması ilə bağlı anlaşa bildik, nəticədə qiymət 52 dollara düşdü”, – deyə o vurğulayıb.  /Oxu.Az/

Paylaş: