24 Yanvar 2021 03:22

Bakıda qadın qayınanasından qaçdı, itkin düşdü

Bakıda gəlin evdən qaçıb.
Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Səbzəliyeva Səbinə Yunis qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə Xətai rayonu, A.Qurban küçəsi, ev 25/37-də yaşayan gəlini, 1979-cu il təvəllüdlü Əzməmmədova Nərmin Xeyribəy qızı noyabrın 28-də gecə saat 01 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.

Paylaş: