19 Yanvar 2021 23:03

Gürcüstan müxalifəti daha bir seçki istədi

Gürcüstan müxalifəti prezident seçkilərinin ikinci turunun nəticələrini tanımır.

Turkustan.info xəbər verir ki, bunu Birləşmiş müxalifətin prezidentliyə namizədi olan Qriqol Vaşadze Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə görüşdə deyib.

O bildirib ki, birləşmiş müxalifət Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. 

Prezidentliyə keçmiş namizəd bazar günü paytaxtın Rustaveli prospektində bu tələblə aksiyanın keçiriləcəyini bəyan edib.

Xatırladaq ki, prezident seçkilərinin ikinci turunda iqtidarın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz, Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.   /oxu.az/

Paylaş: