23 Yanvar 2021 06:36

Köçəryan həbs edilə bilər – Məhkəməni uduzur

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkili Ruben Saakyan baş prokuror Artur Davityanın Apellyasiya Məhkəməsində iştirakına etirazını bildirib. 

Turkustan.info-nun məlumatına görə, Saakyan jurnalistlərə açıqlamasında vurğulayıb ki, baş prokurorun məhkəməyə gəlişi Robert Köçəryanın həbs ediləcəyinə dair düşünməyə əsas verir: 

“Variantlardan biri budur ki, baş prokuror, ikinci prezidentə hörmət əlaməti göstərir və buraxdığı səhvləri düzəltməyə çalışır. Baş prokurorun bəyanatına gəlincə, Robert Köçəryan həbsdə qalmalıdır ki, bununla da qətiyyən razılaşmaq olmaz”. 

Lakin vəkil bunun səbəbini iclas zalında açıqlamaq niyyətində olduğunu söyləyib. Xatırladaq ki, bu gün müdafiə tərəfi bir neçə vəsatət təqdim etmək niyyətindədir. Robert Köçəryan barəsindəki həbs-qətimkan tədbiri ilə bağlı apellyasiya şikayətinə baxış üçüncü gündür davam edir. Noyabrın 28-də keçirilən iclada isə məhkəmə hakim Ruben Mxitaryandan imtina edilməsi haqqında Robert Köçəryanın vəsatətini təmin etməyib. Mxitaryan Robert Köçəryan barəsində həbs-qətimkan tədbirinin seçilməsi üzrə araşdırmanı davam etdirəcək. İkinci prezidentin vəkilləri hesab edir ki, immunitet toxunulmazlığı olan Robert Köçəryan haqqında həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı şikayətə baxan hakim qanunsuz seçilib.   /Cebhe.info/

Paylaş: