28 Yanvar 2021 12:30

Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var – YENİLƏNİB

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: