Tramp Putinlə görüşdən imtina etdi
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib.
Turkustan.info xəbər verir ki, bu barədə Tramp “Twitter”də məlumat yayıb. Bildirib ki, görüşdən imtina etməsi Kerç boğazında baş verən insidentlə əlaqədardır.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü Argentinada G-20 sammiti çərçivəsində planlaşdırılırdı. /Azvision.az/