24 Yanvar 2021 19:33

Gəncədə silahlı insident – BİR NƏFƏR GÜLLƏLƏNDİ

Gəncə şəhərində silahlı insident baş verib.

Turkustan.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılmışdır. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.  /Publika.az/

Paylaş: