25 Yanvar 2021 21:40

Lavrov Milanda Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri dekabrın 6-7-i Milanda ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində ikitərəfli görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə predmet müzakirələr aparacaq.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.

O bildirib: “Nazirin çıxışı ATƏT gündəliyi ilə bağlı bütün məsələləri, xüsusilə də Rusiyanın birbaşa iştirak etdiyi məsələləri əhatə edəcək. İkitərəfli görüşlər də olacaq və bu görüşlər zamanı bu problem daha predmetli şəkildə müzakirə olunacaq. Orada əlbəttə ki, konkret addımlar və ya konkret təkliflər müəyyənləşdiriləcək”.   /Cebhe.info/

Paylaş: