19 Yanvar 2021 21:34

NATO hərəkətə keçir, Türkiyə boğazları… – Rusiyada belə ZƏRBƏNİ GÖZLƏMİRDİLƏR

Ukraynanın qarşısındakı vəzifə budur: beynəlxalq cəmiyyəti özünün ətrafında birləşdirmək, Krımın zəbt edilməsini xatırlatmaq, Qərbin açıq-aydın unutmağa başladığı Donbas münaqişəsini yada salmaq. Amma əsas vəzifə Azov dənizində daim artan təhlükəyə diqqəti yönəltmək lazımdır. Burada qüvvələr nisbəti açıq-aydın Ukraynanın xeyrinə deyil və böyük qorunmamış sahil xətti var.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Kerç boğazı ətrafında Rusiya və Ukrayna arasında baş verən son qarşıdurmanı şərh edənRusiyanın Dövlət Dumasının sabiq deputatı, müxalifətçi İlya Ponomaryov “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bununla bağlı nəsə etmək lazım idi və bu, beynəlxalq cəmiyyətin dəstəyi olmadan çox çətindir:

“Bu vəziyyət bütün dünyaya xatırlatdı ki, Kreml birtərəfli qaydada gəmiçiliyin qaydalarını dəyişdirib, beynəlxalq dəniz hüququnu pozur. Baş vermiş hadisə qərb partnyorlarına aşkar çağırışdır ki, birgə reaksiya versinlər. Nümayiş etdirmək lazım idi ki, Ukrayna Azov dənizinə azad girmək hüququna malikdir və Rusiya bunu etməyə vermir”.

Ukraynada hərbi vəziyyətin tətbiqinə gəlincə, sabiq deputat bildirib ki, Kiyev Rusiyanın Krıma təcavüzünün birinci günündən bu qərarı verməli və müqavimət göstərməli idi. Onun sözlərinə görə, bu halda hər şeyi erkən mərhələdə dayandırmaq mümkün idi:

“Amma obyektiv və subyektiv səbəblərdən belə bir qərar verilmədi. Qərar indi verilməsinə gəlincə, heç vaxt olmamaqdansa, gec olması yaxşıdır”.

Rusiya Mariupoldan Dnestryanı əraziyə qədər Ukraynanın cənub ərazilərini tutmaq planının olduğu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkinin bəyanatını şərh edən İlya Ponomaryov hesab edir ki, “Novorossiya” adlandırılan bu ərazinin tutulması üçün hazırda təhlükə yoxdur.

O, Ukrayna indiki vəziyyətdə udduğunu bildirib:

“Bu münaqişə Rusiya üçün dəqiq faydalı olmadı. Bu, Qərb ölkələriylə münasibətlərin kəskinləşməsinin yeni mərhələsinə gətirib çıxaracaq. Xüsusi halda, ABŞ tərəfindən yeni sanksiyaların tətbiqi riski artır. Bəzi müşahidəçilər deyirlər ki, prezident Vladimir Putin Rusiya daxilində öz reytinqini düzəltmək istəyərdi, amma çətin ki, bu hadisə onun üçün hansısa bir əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq. Bundan başqa, Rusiya bu hərəkətlərlə faktiki olaraq, Ukraynanın regionlarına və Qara dənizə NATO qoşunlarını dəvət edir. Ən azından, bunun üçün yeni tutarlı arqumentlər ortaya çıxdı. Sanksiyaların yeni bumu tamamilə mümkündür. Qərbdə belə əhval-ruhiyyə mövcuddur və o yalnız Ukraynadakı vəziyyətlə deyil, Kremlin başqa hərəkətləri ilə bağlıdır. Amma, Kerç boğazında baş verənlər, əlbəttə, Rusiyaya qarşı sanksiyalar qəbul etmək istəyənlərin mövqelərini gücləndirəcək. Sanksiyalar indi Rusiya elitası üçün kifayət qədər həssas mərhələyə girib. Qərb perspektivsiz iqtisadi sanksiyalardan şəxsi sanksiyalara keçir və belə hərəkətlər Ukraynaya kömək edəcək. Əlbəttə, əgər hansısa konkret bir hərbi kömək olsaydı, daha çox kömək edərdi. NATO rəhbərliyinin reaksiyası deməyə əsas verir ki, Kerç boğazındakı hadisələrdən sonra belə köməyin verilməsi ehtimalı əhəmiyyətli dərəcədə artdı. Bu yenə onu təsdiq edir ki, Ukrayna bu vəziyyətdən uddu, Rusiya uduzdu”.

Sabiq deputat qeyd edib ki, Rusiya gəmilərinin boğazlarından keçidinin qadağan olunması qeyri-realdır.

“Məsələn, Türkiyə buna getməyəcək, o tarazlayıcı mövqe tutmağa çalışır. Düşünmürəm ki, Türkiyə belə kəskinləşməyə gedəcək. Baltika dənizində də həmçinin, çətin ki, bu mümkündür”, – o vurğulayıb.

Paylaş: