23 Yanvar 2021 19:11

Umayra Tağıyevaya yüksək vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin əmri ilə nazirliyin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub.

Turkustan.info xəbər verir ki, bu barədə Unikal.org-a nazirlikdən məlumat verilib.

Qeyd edək ki, U.Tağıyeva 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində çalışıb.

Paylaş: