17 Yanvar 2021 10:21

Rusiyada relsdən çıxan qatardakı tanklar yerə töküldü – VİDEO

Sosial şəbəkədə Transsibir magistralında qatarın aşmasının görüntüləri yayılıb. Turkustan.info axar.az-a istinadən xəbər verir ki, yük qatarı ötən gün Omsk və Tümen vilayətlərinin sərhədində, Manqut stansiyasında relsdən çıxıb. Vaqonların aşması nəticəsində qatarın daşıdığı hərbi texnika, o cümlədən tanklar aşıb.

Xəsarət alanın olmadığı, o cümlədən ətraf mühitə ziyan dəymədiyi bildirilib.

Relsin təmirindən sonra yük mənzil başına çatdırılacaq.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Paylaş: