26 Yanvar 2021 05:38

Əmlak vergisini kim yığmalıdır? – Vətəndaşlar 3 qurumun arasında qalıb

Daşınmaz əmlak sahiblərindən bələdiyyələr, “JEK”-lər (Mənzil İstismar Sahələri”, eləcə də MTK-lar əmlak vergisi adı altında müəyyən dövr üçün vəsait yığır. Maraqlıdır ki, adıçəkilən bütün qurumların hər biri ayrılıqda bu vergi növünü vətəndaşlardan tələb edirlər.

Qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq bu yığım qanunsuz sayılmır. Ancaq vətəndaşın sahib olduğu əmlaka görə müxtəlif qurumlara eyni adlı vergi ödəməsi ilk baxışdan doğru qiymətləndirilmir. Bu məsələnin optimal həlli üçün müxtəlif təkliflər verilsə də, hazırda köhnə qayda ilə proses davam etdirilir. Maraqlıdır, bu məsələni tənzimləmək üçün hansı addımlar atılmalıdır? Əmlak vergisini hansı qurum – bələdiyyə, JEK, yoxsa müvafiq MTK-lar yığmalıdır? Müstəqil ekspertlər səlahiyyət bölgüsünün bu problemi həll edəcəyi qənaətindədir.

Əmlak məsələləri üzrə ekspert Pərviz Qulami “Cümhuriyət” qəzetinə bildirib ki, vergi və ödənişlərin hesablanması, ödənilməsi, eləcə də uçotla bağlı məsələlər ayrı-ayrı qurumların öhdəliyindədir: 

“Yerli bələdiyyələr fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərin əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisini toplaya bilər. MTK-ların yığdıqları isə əmlak vergisi deyil, onlar özləri tərəfindən göstərilən xidmətlərin müqabilində daşınmaz əmlak sahibindən rüsum tələb edir. Buraya blokların təmizliyindən tutmuş, mühafizə sistemi, eləcə də binanın uçub-dağılmış hissəsinin bərpası, hətta çoxmərtəbəli binaların ənənəvi lift problemlərinə qədər xidmətlər daxildir. Bundan əlavə, həyətdə su anbarlarına, transformatorlara görə MTK-lar mənzillərin kvadratına görə ev kirayəsi toplayır. Buna görə də həmin qurumlar müxtəlif vaxtlarda daşınmaz əmlak sahibindən pul tələb edir”.

Ekspert hesab edir ki, ayrı-ayrı xidmətlərə görə rüsumunbirmənbədə yığılması doğru deyil: 

“Bələdiyyənin əvəzinə MTK-a pul yığa bilməz və yaxud da əksinə. “JEK”-lərin də buramüdaxilə etməyə səlahiyyəti yoxdur. Çünkionlarköhnə binalara xidmətgöstərir. “JEK”-lərköhnə binalarda  blokların təmiz saxlanması, eyni zamanda binanın dam örtüyünün bərpası, mühafizəsi kimi xidmətlərə cavabdehlik daşıyırlar. Buna görə də “JEK”-lər “ev pulu” yığa bilirlər. Bundan əlavə, ətrafda olan binanın sakinləri yığılaraq müştərək cəmiyyət yaradırlar. Beləliklə, bütün işləri həmin cəmiyyət görür. Baxmayaraq ki, bu cəmiyyət qanuni şəkildə yaradılır, amma bu, “JEK”-lərin fəaliyyətdən kənarda qalmasına səbəb olur. Vətəndaşların özlərinin yaratdığı cəmiyyət bu işdən imtina edir. Buna görə də bütün yığımların vahid mərkəzdə toplanması çətin olar”.   /Cebhe.info/

Paylaş: