Paşinyanı çıxışı zamanı iki dəfə cərəyan vurdu – VİDEO
Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı Sünik vilayətinin Kacaraq şəhərində çıxışı zamanı iki dəfə cərəyan vurub.
Turkustan.info-nun Ermənistan mətbuatına istinadən xəbərinə görə, insident zamanı Paşinyan qəfildən atlanır və mikrofonu bir əlindən digərinə atır.
“Belə edəndə fikir verməyin, cərəyan vurur”, – Paşinyan seçicilərinə deyib.
Bir müddət sonra onun köməyinə mühafizəçilər gəlib və mikrofonu ştativə bərkidiblər.
/oxu.az/