20 Yanvar 2021 10:30

Azərbaycanlı hakimlər beynəlxalq kikboksinq yarışlarında ölkəmizi təmsil edirlər – FOTOLAR

Azərbaycanlı hakimlər beynəlxalq kikboksinq yarışlarında ölkəmizi təmsil edirlər. Azərbaycan Kikboksinq Federasiyasının respublika və beynəlxalq dərəcəli hakimləri WAKO-nun təqvimində olan yarışda hakimlik edirlər. Ümumiyyətlə, son illər federasiyanın hakimləri beynəlxalq yarışlarda fəallıqları ilə seçilirlər. Bu barədə məlumatı respublika dərəcəli hakim Aydın Ağabəyov verib. “WAKO-nun təqvim planına uyğun Litvanın Vilnus şəhərində yarışlarda hakim kimi iştirak edirik. Hal-hazırda ölkəmizi üç hakim təmsil edir. Mən, beynəlxalq dərəcəli hakimlər Elnur Alıyev və Məhəmməd Babayev. Hər bir yarış bizim üçün yeni təcrübə,imkan və ünsiyyət deməkdir. Artıq gələn yarışlara dəvətlər almışıq. Çalışırıq ki,ölkəmizlə layiqincə təmsil edək”.
Elnur Eltürk

Paylaş: