Bayraq Meydanında neft ehtiyatı aşkarlanıb? – Açıqlama
Sosial şəbəkədə Dövlət Bayrağı Meydanının ərazisində neft ehtiyatı aşkar olunduğuna görə meydanın söküldüyü barədə məlumat yayılıb.
Turkustan.info bildirir ki, bu iddia ilə bağlı bizimyol.info-ya açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, meydanda yenidən dövlət bayrağı dalğalanacaq.
“Bayraq Meydanı sökülmür. Yaxın vaxtlarda bayraq dirəyi yerinə quraşdırılacaq”,-deyə G.Yelmarqızı bildirib.