Şb. Dek 14th, 2019

Elçin Abbasov: Gözdən əlil olduğuma inanmayıb ələ salırlar – VİDEO

Ən böyük arzusu qaranlıqdan işıqlı dünyaya çıxmaqdır. Söhbət gözdən əlil olmasına baxmayaraq, toxuduğu gülləri sataraq öz dolanışığını təmin edən Elçin Abbasovdan gedir.

Dediyinə görə, onun gözləri altı yaşından bəri görmür və 11 yaşında öyrəndiyi toxuma ilə bu gün o, öz evini dolandırır.

Elçin Abbasovu bir çox yerdə – metro çıxışlarında, hər hansı bir küncdə əllərində rəngli toxuma güllərlə görə bilərsiniz. Hər gün evdən həmin gülləri satmaq niyyəti ilə çıxsa da, bəzən sata bilmədiyindən gileylənir.

Bəzi insanların laqeydliyi isə onu çox məyus edir.

Qeyd edək ki, dekabrın 3-ü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd edilir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Turkustan.info Baku TV-nni mövzu ilə bağlı reportajı təqdim edir:

Paylaş: