20 Yanvar 2021 10:36

Milli Qəhrəman Şikar Şikarovun doğum günündə ingiliscə “Vikipediya”da məqaləsi yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli Qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən Turkustan.info-ya bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov haqqında ingilis dilində məqalə yaradılıb.

Məqalədə qeyd edilir ki, Şikar Şikarov əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilib.

O, 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik edib və uğurlu əməliyyatlar keçirib. Şikar Şikarov 1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olub. Bu gün mərhum döyüşçünün doğum günüdür.

Milli Qəhrəman Şikar Şikarovun doğum günündə ingiliscə “Vikipediya”da məqaləsi yaradıldı

Paylaş: