21 Yanvar 2021 22:49

Türkiyəyə böyük təhdid: Dərhal baza yaradaq!

Avropa Birliyi və ABŞ-ın tərəfli mövqeyi Türkiyənin və Kipr türklərinin haqq və mənfəətlərinin qəsb edilməsi təşəbbüslərinin davam etdirilməsinə səbəb olub. Türkiyə Kiprdə təcili şəkildə dəniz və aviabazalar qurmalıdır.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən “Şərqi Aralıqdan Bəsrəyə qədər böhranlar və nizam” adlı simpoziumda çıxış edən Baxçaşəhər Kipr Universitetinin Dəniz Hüququ Tətbiqetmə və Araşdırma Mərkəzinin sədri Emete Gözügözəlli deyib.

Professor dünyada artan rəqabət mühitinin bölgə ölkələrinin hərbi fəaliyyətlərinə də təsir göstərdiyini, hidrokarbon resurslarının kəşfi ilə Aralıq dənizinin enerji uğrunda mübarizə aparan dövlətlərin diqqət mərkəzinə çevrildiyini bildirib.

“Bu vəziyyət beynəlxalq ölçüdə əməkdaşlıqla birlikdə həmçinin mübarizə mühitini də yaratmışdır. Yaşanan hadisələr Türkiyənin Aralıqdakı vəziyyəti təhlükəsizlik problemindən daha çox müqəddərat məsələsi kimi qiymətləndirmək zərurətini ortaya qoyub. Artan risk və təhdidlər Türkiyənin Aralıq dənizində daha aktiv olmasını təmin edib. Bölgə coğrafiyasının təhlükəsizliyi və sabitliyi Türkiyə olmadan təmin edilə bilməyəcək xarakterdədir”, – Gözügözəlli qeyd edib.

Paylaş: