24 Yanvar 2021 12:19

Ukrayna-Rusiya sərhədi: Ordu toplanır

Ukrayna Rusiya ilə sərhəddə müdafiə tədbirlərini gücləndirir. Cebhe.info xəbər verir ki, bunu prezident Petro Poroşenko deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədi və Krımda hərbi kontingentini artırıb. Kiyev də öz tərəfindən hərbi rejimin verdiyi imkanlardan yararlanaraq dövlət sərhədinin qorunması üçün tədbirlər həyata keçirir.

Prezidentin sözlərinə görə, hətta bölgələrdə də hərbi təlimlər keçiriləcək: “Ukrayna Rusiya tərəfindən gözlənilən təhlükəyə qarşı tədbirlər görür”.  /Cebhe.info/

Paylaş: