21 Yanvar 2021 21:26

Paşinyan Qarabağla bağlı bu variantla razılaşdı – Şahnazaryan HƏR ŞEYİ AÇDI

“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla razılaşdı”.

Turkustan.info xəbər verir ki, bu barədə Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti anti-Qarabağ siyasəti yürüdür: “Bunlardan biri Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılmasıdır. Bu siyasətin nəticəsində Ermənistan bütün gücünü itirdi və bunu anlayan Azərbaycan ərazilərin qaytarılması ilə bağlı ciddi addımlara hazırlaşır. Faktiki olaraq, Vyana, Sankt-Peterburq və Cenevrə çağırışları aradan qalxdı. İndi Qarabağ ətrafındakı rayonların qaytarılması və status məsələsi müzakirə olunur. Əvvəllər “ərazilər əvəzinə status” əsas prinsip idi, indi “ərazilər əvəzinə təhlükəsizlikdir”.

Şahnazaryan hesab edir ki, Paşinyan hakimiyyəti ərazilərin qaytarılması ilə nəticələnəcək, beynəlxalq ictimaiyyətin, xüsusilə Vaşinqtonun vaxtaşırı səsləndirdiyi variantlarla razılaşdı.  /Publika.az/

Paylaş: