19 Yanvar 2021 02:40

Ufuk Aydın: “Türkiyə-Azərbaycan qardaşlığını pozmaq mümkün deyil”

“Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz təməllər üzərində qurulub”.

Turkustan.info xəbər verir ki, bu sözləri “SinerjiPro”nın rəhbəri Ufuk Aydın bildirib.
“Qardaşlığımız elə bağlar üzərində köklənib ki, onu hansısa qüvvə sıradan çıxarda bilməz. Min illərə söykənən qardaşlıq əlaqələrimiz var. Bu gün Türkiyə-Azərbaycan birliyi regionun dominatlığını təşkil edir. İki güclü dövlət beynəlxalq arenada birgə mövqedən çıxış edir və öz milli maraqlarının qorunması istiqamətində önəmli addımlar atırlar. Cənubi Qafqaz regionunda iqtisadi-enerji layihələrini birgə işləyib reallaşdırırlar. Həm də gerçəkləşən layihələr bölgənin təhlükəsizliyinin təminatına çevrilib. Qardaşlığımız sonsuza qədər davam edəcək”.

Elnur Eltürk

Paylaş: