Bz. Avq 18th, 2019

Anar Bağırov: Dilqəm və Şahbazla bağlı müsbət nəticə əldə oluna bilər

Avropa İnsan Hüquqları Məhkəməsinə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir.

Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovdeyib.

O bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır: 

“Artıq bu fakt Avropa Məhkəməsində tanınıb”.

A.Bağırov qeyd edib ki, həm dövlət, həm də ictimaiyyət bu məsələni diqqətdə saxlayır: 

“Bu bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqət göstərir”.  /oxu.az/

Paylaş: