Ç. Sen 18th, 2019

“Azərbaycan dünya ölkələri arasında xüsusi önəmə və yerə sahibdir“

Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Dövlətimiz müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir. Ən vacib məqam isə bu gün ölkəmiz sülh, sabitlik ölkəsi kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına mərasimdə çıxışı zamanı qeyd edib ki, Avropa, Yaxın Şərq və regionumuzda gərginlik artmış, qanlı toqquşmalar, müharibələr davam etmiş, etiraz aksiyaları keçirilmişdir: “Belə bir fonda Azərbaycanda sabitlik və təhlükəsizlik, ölkənin davamlı inkişafı təmin edilir. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir”. Prezident deyib ki, Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: ” Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Aparılan siyasət Azərbaycana dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”. Bununla bağlı Türkiyədə yaşayan politoloq Samir İsgəndəroğlu özəl olaraq “Palitra”ya bildirdi ki, çoxsaylı xarici müdaxilələrə rağmən ölkəmizdə sabitlik var: “Dünyada olan böhrana baxmayaraq Azərbaycanda inkişaf gedir. Ən təhlükəsiz güvənli ölkələrdən biridi ölkəmiz. Bu da aparılan uğurlu siyasətin nəticəsidir. Təbii ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də müəyyən məişət problemləri var. Amma bu problemlər sürətlə öz həllini tapmaqdadır. Ölkəmizin təhlükəsizliyi bizlər üçün də öncəlik olmalıdır. Ola biləcək təhlükələrə qarşı maksimum hər birimiz diqqətli olmalıyıq”. Samir İsgəndəroğlu dedi ki, Azərbaycan dövlətinin təməlindən uğurlu siyasət durur: “Azərbaycan dünya ölkələri arasında xüsusi önəmə və yerə sahibdir”.

Fuad Hüseynzadə

Paylaş: