C. Sen 20th, 2019

Baş nazir qərar verdi: İçərişəhərdə yeni mərkəz yaradılır

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.

Turkustan.info xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.   /oxu.az/

Paylaş: