Be. Avq 19th, 2019

Köçkünlərin məskunlaşdığı bina yandı

Xətai rayonunda baş verən yanğın söndürülüb.

Turkustan.info-nun Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında yerləşən ikimərtəbəli binada yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.
Əlavə məlumat veriləcək.  /Cebhe.info/

Paylaş: