Bz. Sen 15th, 2019

“Ekspress” mətbəəsi də fəaliyyətini dayandırdı – SON DƏQİQƏ

“Ekspress” qəzetinin ardınca “Ekspress-Servis” mətbəəsi də fəaliyyətini dayandırıb. Bu barədə Turkustan.info-ya sözügedən mətbəədən bildirilib.
Qeyd edək ki, 1995-ci ildən nəşr olunan “Ekspress” qəzeti dünəndən fəaliyyətini dayandırıb.
İstiqlal.az saytının xəbərinə görə qəzetin nəşrinin dayandırılması qəfil və gözlənilməz olub. Qəzet KİVDF-nin dəstəyi ilə çap olunurdu. Elə 2019-cu ilin birinci rübündə də qəzet fondun maliyyə yardımı müsabiqəsinin qalibi olub – ilin ilk 3 ayında qəzetə 30 min manat yardım ayrılıb. Bununla belə, qəzetin sponsoru, ölkənin nəhəng holdinqlərindən biri olan “Nurgün” Şirkətlər Qrupu qocaman media təsisatının qapadılması ilə bağlı qərar qəbul edib – deyə mənbə bildirib.

 

Paylaş: