Bz. Sen 15th, 2019

Xalqının qənimət övladı..

Cəsarətli ziyalıdır. Sovet ideoloğiyası dövründə adamların zehninə aşılanmış xalq qəhrəmanları haqqında sərt çıxışlar etməkdən çəkinmir. Bəzi sərkərdələr, dini ayinlər barəsində çoxluğun qəbul edə bilmədiyi yazılarla gündəmə gəlir, məzəmmətlə üzləşir. Nə dərəcədə haqlı-haqsız olduğunu deyə bilmərəm. Çünki haqqın oxşarı yer üzündə olsa da, əsl haqq Allahın yanındadır. Çox insanlar onu bu dünyada axtararkən min bir əzabla üzləşib, gedəndə də, haqq vay, deyib gediblər…
Deputat kimi də fəaliyyəti qənaətbəxşdir. Sözün düzünü deməkdən, insanların ağrı-acısını dilə gətirməkdən çəkinmir…
Həmkarlarının böyük əksəriyyətindən fərqlənir- mətbuata açıqdır, jurnalistlərdən qaçmır…
O, 1965-ci ildə dünyaya gəlib. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ermənilərin Dağlıq Qarabağ iddiasına qarşı xalq hərəkatında fəal iştirak edib, müxtəlif dövrlərdə AXC sədrinin müşaviri, sədrin müavini olub.
1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-1998-ci illərdə Türkiyədə Əbülfəz Elçibəyin özəl təmsilçisi olub. 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.
2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Parlamentin İnsan Hüquqları Komitəsinin üzvüdür.
Fəlsəfə elmləri namizədidir. 12 kitabın müəllifidir. Ailəlidir, 2 övladı var…
…Ölkə mətbuatını gündəlik izləyən insanlar da yəqin ki, buna şahidlik edər. Hər gün ən azı bir yazısı ilə mətbuatda görünür. Əlbəttə ki, buna geniş dünya görüşü, dərin savad, zəngin bilik, güclü mütaliyə lazımdır. Bütün bunlar onu sözün əsl mənasında maarifpərvərə çevirib. Bildiklərini insanlara çatdırmaq təşnəsi onu rahat buraxmır. Bu keyfiyyət yalnız alimlərdə olur…
Söhbət Fazil Musatafadan gedir. O Fazil Mustafadan ki, əqidəsini yox, cəhalətə qarşı mübarizə üsulunu dəyişib. Belə insanlar bir xalqın qənimət övladlarıdır…
Bəli, o, cəmiyyətimiz üçün çox qiymətli ziyalıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Paylaş: