Ca. Avq 22nd, 2019

Virtual dünyanın sakinləri: Onları real həyata necə qaytarmaq olar?

Sosial şəbəkələr demək olar ki, həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İnsanların bir-biri ilə rahat əlaqə yaratmasında onların böyük rolu var. Hazırda münasibətlərin bir çoxu virtual olaraq formalaşır və real ünsiyyət , virtual ünsiyyət formasına çevrilir.

Bəs, virtual ünsiyyətin müsbət və mənfi tərəfləri nələrdir?

Turkustan.info bildirir ki, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən psixoloq Sevinc Baxışova qeyd edib ki, sosial şəbəkənin ortalığa çıxması bir tərəfdən bəşəriyyətin ən böyük nailiyyəti hesab edilsə də, insanlar heç də onun fəasdlarından sığortalanmamışlar:

““İnternet xəstəliyi”nin çarəsi tapılmır ki, tapılmır. Bunun da bir çox səbəbləri var. Unutmayaq ki, beynəlxalq şəbəkə əməliyytalarını yaradan, idarə edən prosesslərinin mərkəzində məhz insan durur. İnsanın maraq dairəsi, sferası həddindən artıq zəngindi. Virtual sevgi sosial şəbəkə vasitəsilə əlaqəyə girən, tanış olan, insanlar arasında yaranan yeni bir münasibət formalaşır və indi bütün dünyada bu problem yaşanır. Bu yeni münasibət forması hər bir ölkə üçün müxtəlif cür rezonansa səbəb ola bilər.Biz isə unutmayaq ki, azərbaycanlıyıq”.

S.Baxışova qeyd edib ki, ünsiyyət yaradan insanların maraq dairəsi, intellekt səviyyəsi müxtəlif olur: 

“Hamımıza məlumdur ki, uşaqlardan tutmuş, yaşlılaradək internetdən nəzarətsiz dərəcədə istifadə edirik. Məsələ gəlib virtual məhəbbətə, yəni reallıqda olmayan bir şeyə çatanda isə istər-istəməz həmin insanlar üçün real həyatda olmayan problem yaşanır. Razılaşmaq lazımdır ki, yaşadığımız cəmiyyət çox dəyişib. 

Ümumiyyətlə, insanların bir çoxu internet şəbəklərdən əylənmək, vaxtını öldürmək üçün istifadə edir. Yalnız çox az hissəsi buna ciddi yanaşır. Virtual aləmdə özünü çox rahat hiss edən, ürəyini qarşı tərəfə bütünlüklə açan adamlar, həyatda bunun əvəzini görməyəndə, hətta faciə, intihar kimi cinayətlər törədə bilər. Odur ki, virtual aləmə çox qapılmışları adi həyata qaytarmaq üçün xüsusi maarifləndirici tədbirlər görmək lazımdır”. 

Paylaş: