Şb. Avq 17th, 2019

Bakının böyük bir hissəsində qaz olmayacaq

Saat 10:00-dan təmir işləri tamamlananadək təbii qazın verilişində məhdudiyyətlər olacaq

 Sabah Bakının 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələri və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Turkustan.info bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb Bakının Binəqədi rayonunun Cavadxan küçəsində diametri 159 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı aparılacaq işlərdir.

Saat 10:00-dan təmir işləri tamamlananadək yuxarıda qeyd olunan ərazilərdə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Paylaş: