Be. Noy 18th, 2019

Türkiyədə 80 min əsgər əmr gözləyir

Hədəf isə 30 min kvadrat kilometrlik sahədə terror təşkilatlarını tamamilə məhv edib təhdid dəhlizini bitirməkdir

Türkiyə Mümbiç və Fəratın şərqində əməliyyat aparmaq üçün hazırlıqları başa çatdırıb.

Turkustan.info “Haber7“ə istinadla xəbər verir ki, əməliyyat üçün 80 min əsgər əmr gözləyir. Bu rəqəm 1974-cü ildə Kipr Sülh Hərəkatına qatılan 40 min əsgərdən iki dəfə çoxdur.

Cümhuriyyət tarixinin ən böyük əməliyyatı Şanlıurfa və Kilisdən idarə ediləcək. Qoşunlar 10 müxtəlif nöqtədən eyni anda hücuma keçəcək.

Hədəf isə 30 min kvadrat kilometrlik sahədə terror təşkilatlarını tamamilə məhv edib təhdid dəhlizini bitirməkdir.   /sputnik.az/

Paylaş: