Şb. Avq 17th, 2019

Əli Kərimliyə icazə verildi… Müsavata isə yox

Əli Kərimli və Milli Şuranın 19 yanvara təyin etdiyi mitinqə icazə verilib. Bunu AXCP sədri Əli Kərimli canlı yayında bildirib. O qeyd edib ki, 19 yanvar saat 15.00-a təyin edilən mitinqə BŞİH razılıq verib.

Turkustan.info bildirir ki, BŞİH-dən də Cebhe.info-nun sorğusuna cavab olaraq mitinqə rəsmi icazə verildiyi vurğulanıb.

Xatırladaq ki, bundan bir həftə əvvəl  Müsavat Partiyası da mitinq üçün müraciət etmişdi. Ancaq partiyaya mitinq üçün icazə verilməyib (Cebhe.info).

Paylaş: