Ca. Fev 27th, 2020

Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb – VİDEO

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında  ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb.

Turkustan.info-nun xəbərinə görə, fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edilib. 

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

/oxu.az/

Paylaş:

mersin escort bayan mersin escort