Be. Avq 19th, 2019

ADAU-da doktorantura və dissertanturaya sənəd verən namizədlərlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)   fəlsəfə doktoru proqramı, dissertant hazırlığı və elmlər doktoru proqramı  üzrə təhsil almaq üçün müraciət edən  şəxslərlə görüş keçirilib.

Görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü,pofessor  İbrahim Cəfərov imtahanların və müsahibələrin  tam şəffaf və obyektiv keçiriləcəyini bildirib, bu məqsədlə müvafiq fənlər üzrə imtahan komissiyalarının yaradıldığını qeyd edib.

Universitetdə  yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən rektor bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşdə sənəd verənlərin sualları cavablandırılıb, müzakirələr aparılıb. 

 

Paylaş: