Ç. Avq 21st, 2019

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatdı

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında keçirilən görüş başa çatıb.

Turkustan.info xəbər verir ki, görüş 4 saatdan çox davam edib.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.   /Report/

 

Paylaş: