Ça. Avq 20th, 2019

Çörəyə kəskin tələbat: Piştaxtalar boşalıb

Dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub. 

Turkustan.info-nun əldə etdiyi məlumata görə, paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb.

İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər. 

ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da deyilənlərin həqiqət olduğunu sübut edir. 

Müxtəlif supermarketlərdə çəkilmiş fotolarda çörək piştaxtalarının boş olduğu görünür.   /Oxu.Az/

Paylaş: