Ça. Avq 20th, 2019

Goranboylu Ukraynada prezidentliyə namizəd oldu

Ukraynada yaşayan, azərbaycanlı, əslən Goranboy rayonundan olan Roman Nəsirov prezidentliyə namizədliyini irəli sürüb.

Turkustan.info xəbər verir ki, Ukrayna parlamentinin keçmiş deputatı olan Nəsirov artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Roman Nəsirov Fiskal Xidmətin keçmiş rəisi olsa da, korrupsiya əməlinə görə bu vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırıldıqdan sonra Nəsirov həbs də edilib.

Bununla belə, Nəsirov Ukraynada keçiriləcək prezident seçkilərində bəxtini sınamaq qərarına gəlib. Seçkilər isə 31 mart tarixində keçiriləcək.

Qeyd edək ki, Roman Nəsirov Ukraynada azərbaycanlıların diaspor və yaxud milli özfəaliyyətində iştirak etmir.  /Ölkə.Az/

Paylaş: