Şb. Dek 7th, 2019

İki azərbaycanlı donuz qripinə yoluxdu – Gürcüstanda

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda “donuz qripi”nə 4 yoluxma halı qeydə alınıb.

Turkustan.indo xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.

Xatırladaq ki, Gürcüstanda bu günə qədər “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.  /Report/

Paylaş: