Şb. Dek 7th, 2019

İtkin düşən kapitanın axtarışı dayandırıldı

Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları dayandırılıb. Turkustan.info xəbər verir ki, bu barədə Azvision.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hər hansı bir xəbər gəldiyi təqdirdə müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşı olub.

Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunu tapmaq mümkün olmayıb. 

Paylaş: