Ça. Avq 20th, 2019

Külək 12 yaşlı uşağı dənizə atdı – VİDEO

Dənizdə güclü dalğa nəticəsində 12 yaşlı uşaq suya düşüb.

Turkustan.info xəbər verir ki, hadisə Qara dənizin Krım sahillərində baş verib.

Yaxınlıqdakı turistlərdən biri hadisəyə müdaxilə edərək uşağı xilas edə bilib.

Video-görüntülərdən bəlli olur ki, anası ilə birlikdə dənizə baxmaq üçün yaxına gedən uşaq fırtınanın təsirindən dalğaların ağuşuna düşür. Uşaq uzun müddət suyun üzərində qalmağa çalışır.

Bu an ərazidə olan və uşağın çabalarını görən turist onu batmaqdan xilas edir.  /Teleqraf.com/

Paylaş: