C. Dek 6th, 2019

Prezident fərman verdi: Bu institutlar birləşir

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanda mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var.

Turkustan.info xəbər verir ki, fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.  /Axar.az/

Paylaş: