Bz. Sen 15th, 2019

DTX bu əşyaları Tarix Muzeyinə hədiyyə etdi – FOTOLAR

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.
Turkustan.info bildirir ki, bu barədə KİV-ə muzeydən məlumat verilib.

Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə edir, kağız pul və bonlar isə XX əsrə aiddir.
Muzeyə verilən bu numizmatik materiallar Numizmatika Fondunun kolleksiyasının zənginləşdirilməsində və tədqiqi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.

Paylaş: