Bz. Sen 15th, 2019

“Məmurların təkcə maşınlarını deyil, mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”

“Prezidentin dünənki fərmanından belə görünür ki, dövlət təşkilatlarında xidməti maşınların sayı azalacaq. İzləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım – söhbət 700-800 mln. dollardan gedirdi”.

Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu iqtisadçı Rövşən Ağayev bildirib. Ekspertin fikrincə, dünənki fərman yaxşı xəbərdir, amma məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. 

“Söhbət bütün normal ölkələrdə olduğu kimi, vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 20-30 min dolarlıq maşında gəzib 70-80 min dollarlıq evdə yaşaması belə, onun əliəyriliyinin ilk işartısıdı. 
Bizdə bununla bağlı qanun 14 il əvvəl – 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib”.

R.Ağayev bildirib ki, həmin qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır.

“İslahat deyiriksə, real olanlardan biri də məhz budur”, iqtisadçı vurğulayıb.

Paylaş: