Bz. Sen 15th, 2019

Qənirə Paşayeva xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

“Autizmdən, depresiyyadan əziyyət çəkənlərin sayı artır. Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb. Bu xəstəliyin daşıyıcısı olan insanların, uşaqların sayı ildən-ilə artmaqdadır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür”.  

Turkustan.info xəbər verir ki, bunu Milli Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva deyib.

Q.Paşayevanın sözlərinə görə, ailələr, valideynlər tərəfindən demək olar ki, hər gün ona və digər millət vəkillərinə bununla bağlı çoxsaylı müraciətlər daxil olur:

“Hər gün bununla bağlı müraciətlər alırıq. Bu, çox ciddi, təhlükəli bir hədd alıb. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Bu, adi bir xəstəlik deyil, böyük bir bəladır. Ona görə hesab edirəm ki, həm bu xəstəliklə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunmasına, həm də bu istiqamətdə ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var. Bu insanlara, autizmdən əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir”.

Komitə üzvü antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunub.

“Çox təəssüflər olsun ki, son illər antibiotiklərdən istifadə edənlərin sayı çoxalıb, xüsusilə də, uşaqlara daha çox antibiotiklər verilir. Özü də çox zaman heç bir həkim məsləhəti, həkim resepti olmadan insanlar, valideynlər istədikləri apteklərdən antibiotiklər alır və istifadə edirlər.

Daha çox da uşaqlara bu antibiotiklər verilir. Hesab edirəm ki, bu, çox təhlükəli və qorxulu bir məsələdir. Çünki bunlar gələcəkdə uşaqların eşitməsində, görməsində fəsadlar törədə bilər. Ona görə antibiotiklərin satışı, istifadəsi məsələsi ciddi diqqətə, nəzarətə alınmalıdır, bu məsələdə özbaşınalığa son qoyulmalıdır və həm də qanunvericiliyin müddəaları sərtləşdirilmlədir”.

Q. Paşayeva eyni zamanda cəmiyyətdə, insanlar arasında deprsessiya hallarının artmasından narahatlığını bildirib və bu məsələ ilə də bağlı ictimai dinləmələrin keçirilməsinin vacibliyini sözlərinə əlavə edib.   /Modern.az/ 

 

Paylaş: