Şb. Okt 19th, 2019

Əbədi travma – Sahib Məmmədov 20 Yanvardan yazır

Sahib Məmmədov

20 yanvar ərəfəsində Azərbaycanda vəziyyət kəskin pişləşmişdi. Bir tərəfdən Azərbaycan Xalq Cəbhəsinın monolitliyi pozulmuş və parçalanma baş vermişdi. AXC-nin radikal qanadı “müdafiə şurası” adlı qurum yaradıb Leytinant Şimid zavodunun mədəniyyət sarayında qərərgah yaratmışdı. Ermənilər Dağlıq Qarabağda və Ermənstanla həmsərhəd rayonlarda silahlı təxribatları gücləndirmişdi.

Mən o zaman Bakı Tunel Tikinti İdarəsində (Metrostroy) fəhlə hərəkatının rəhbəri idim, həm də Birləşmiş Həmkarlar İttifaqı tərəfindən qeydə alınmış Tətil Komitəsinin sədri və AXC dayaq dəstəsinin əlaqələndircisi idim. Belə qərara gəldik ki, 50 nəfərdən ibarət dəstə yaradıb Zəngilana döyüşmək üçün gedək. Tezliklə 50 nəfərdən ibarət dəstə hazır idi. Bizi geyimlə təmin etdilər. Özümüzə rəhbər seşdik (Zabit rütbəsi olan Qaçay Hüseynovu) və AXC-nin Vannikov küçəsindəki qərargaha göndərilmək üçün gəldik. Bəlli oldu ki, buda da bir qərargah yaradılıb. Bizdən üzv olmaq üçün 5 mandan pul yığdılar. Sonra gördüm ki, həmin pulla qərərgaha qab-qacaq, ərzaq və s. alıb gətiridilər. Belə tövsiyə olundu ki, şəhərdə qarışıqlıq var hələlik təxribatların qarşısını alaq, sonra cəbhə xəttinə gedərik. Bir neçə gün könüllü patrul xidməti göstərdikdən sonra bizi hansısa qüvvə yönəltdi Leytinant Şmid zavodundakı qərərgaha. Mən buna razı deyildim, amma müqavimət göstərməyin yeri də yox idi. 19 yanvar 1990-cı ildə bizə göstəriş verildi ki, müqavimət üçün vasitələr lazımdır. Bizim idarənin 28 may metrosunun qarşısında tikinti sahəmiz var idi. Dəstəmizin üzvü qaynaqçı üzvü Misgər armatur çubuqlar hazırladı. Onu daşıyıb gətirdilər qərərgaha. Qaranlıq düşdükcə həyacan və şayələr artırdı. Biz barrikadaları gəzib vəziyyəti öyrənirdik. Bu zaman televiziada partlayış xəbəri gəldi. Daha sonra bizə xəbər gəldi ki, “Gənclər” Metrosu istiqamətindən Leytinant Şimid Zavoduna tərəf ordu hissələri irəlləyir. Hamımız armatur çubuqlar götürüb İndiki Gülarə Qədirbəyova küçəsi ilə indiki Təbriz (Çapayev) küçəsinin kəsişməsində toplaşdıq. Yolun giriş hissəsini “İkarus” markalı avtobusla kəsmişdik. Biz isə Avtobusun ön hissəsində dayanıb gözləyirdik. Rus əsgərləri İndiki Koroğlu Rəhimov küçəsi ilə aşağı eib yol kəsişməsinə çatanda ön sıra aşağı şökdü və yaylım atəş başlandı. Qaçaqaç başlayanda kimsə qışqıdır ki, boş (xolostoy) patronlardı. Mən dayanıb işıq saçan güllələrə baxırdım. Elə bilirdim doğrudan boş patronlardı Baxmayaraq ki, hərbi xidmətdə avtomat silahım olub, özüm Cənubi Vyetnamda döyüş xidmətində olmuşdum və güllənin nə demək olduğunu çox yaxşı bilirdim. Birdən kimsə mənə qışqıdı ki, qaç.
Nəhayət mən də üzü mədəniyyət evinə tərəf qaçmağa başaldım. Yolda iş yoldaşımız Rəşidin yaralandığını gördük. Taksilər artıq yaralıları daşımağa başlamışdı (həmin günlərdə əksəriyyət taksilər əhaliyə pulsuz xidmət göstərirdi. Sürücülər ya plan vermirdi ya da ciblərindən verirdi) 
Bir yerə cəmləşdik (Bakı tunel tikintisi İdasəsinin işçiləri). Hərbiçilər Mədəniyyət evini tərk etmək üçün ultimatum verdilər. Məsləhətləşib qərara gəldik ki, müqavimət yersizdir. Üzü aşağı İndiki Heydər Əliyev prospektinə çıxdıq. İrəli gedib Ağa Nemətulla küçəsi ilə yataqxanaya qayıtmaq qərarına gəldik (Yataqxana Ağa Nemətulla 67 ünvanıda yerləşir). Bir qədər getdikdən sonra bəzilərimiz geri qayıtmaq qərarına gəldik. Bizi gəzdirən və İdarə tərəfindən ayrılmış avtobus Dəmiryol texnikomunun qarşısında qalmışdı, sürücü də içərisində. Bir qrup ayrıdıq ki, gedib onun taleyinin necə olmasını öyrənək. Amma əksəriyyət bizə qoşulmadı və yolu davam etdirdilər. Sonradan bildi ki, onlar Ağa Nemətulla küçəsinə dönmədən düz Bağrov körpüsünə qədər gediblər və ordan üzü yuxarı qayıtmağı qərarlaşıblar (Ağa Nemətullada atəş səsləri olduğu üçün). Körpüyə çatanda tanklarla üzləşiblər. Yaylım atəş altına düşüblər və hərə bir tərəfə qaçıb. Biz isə atəş səslərinə baxmayaraq Dəmiryol texnikomunun yataqxanasına yaxınlaşdıq və gördük ki, avtobus süzgəcə dönüb (sonra öyrəndik ki, 200 güllə dəliyi var). Sürücü isə bu zaman içəridə olub və nə qədər heyrətamiz olsa da onun burnu da qanamayıb. 
Həyətlərin içərisindən keçib yataqxanaya qayıtdıq. İş yoldaşlarımızdan Rəşid yaralandığı üçün xəstəxanaya yerləşdirlmişdi. Əflatun isə yox idi.

Iki gün sonra onu tapdıq. Morqdan. Bağırov körpüsünün yanıda gülləbaran olanda o da gülləyə tuş gəlmişdi. Daha bir dostumuz, bizim qrupa komandir təyin etdiyimiz Qaçay da həmin gecə aldığı sarsıntıdan sonra sağlamlığını itirdi və az sonra həyatdan köçdü. 
20 yanvardan hamımız tarvma alıdıq-əbədi tarvma.

Şəkil 20 yanvar şəhidlərinin 40 mərasimi (1990) çəkilib. 

 

Paylaş: