C. Avq 23rd, 2019

Əməkdar artist anasının qarşısında diz çöküb ağladı – VİDEO

Əməkdar artist Mehriban Xanlarova anası Bibiş Xanlarova ilə birgə “Şou ATV” verilişində qonaq olub.

Turkustan.info-nun məlumatına görə, aktrisa verilişə dəvət olunan anasının qarşısında diz çökərək bildirib ki, valideynləri eşitmə və dil qüsurludur:

“Uşaq vaxtı biz danışa bilmirdik. Qonşular nəsə deyəndə, başa düşmürdük. Gərək əl-qol hərəkətlər edərdilər ki, biz insanların nə dediyini anlayardıq. Hətta mən “çay gətir”, deyən olsaydı, anlaya bilməzdim. Daha sonra bibim Zeynəb Xanlarova bizi məktəbə qoydu və beləcə, hərf öyrəndik”.  /Teleqraf.com/

 

Paylaş: