Bz. Avq 18th, 2019

İcra Hakimiyyətindən “səs-küylü” fotoya – MÜNASİBƏT

20 Yanvar faciəsinin 29-cu ildönümü zamanı şəhidləri ziyarətə gələn fiziki qüsurlu hərbçinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fotoda əlil arabasında oturan hərbçinin iki polisin köməyi ilə pilləkənləri qaldırılması əks olunub.

Sosial şəbəkə istifadəçiləri paylaşım zamanı fotoya “qəhrəman polislərimiz, qürur yerimiz” şərhini verərkən, digərləri ərazidə fiziki məhdudiyyətli şəxslər üçün pandusların olmamasına diqqət çəkərək, “qürurlanmaq yox, utanmaq lazımdır”, – yazıblar.

Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sonuncu təmir zamanı bu kimi məsələlər nəzərə alınıb:

“Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən mənə verilən məlumata görə, sonuncu dəfə Şəhidlər Xiyabanında əsaslı təmir işləri yekunlaşdıqdan sonra fiziki məhdudiyyətli vətəndaşların Şəhidlər Xiyabanını rahat şəkildə ziyarətini təmin etmək, eskalator və əlil arabalarının yuxarı qaldırılması üçün xüsusi lift qurşadırılıb. Əlil şəxslər həmin eskalator vasitəsilə yuxarı qaldırılır, onunla da aşağı düşürülür”.

İ.Kərimov qeyd edib ki, eskalator və lift xiyabanda sonuncu qəbirlər olan hissədə quraşdırılıb.

Paylaş: